Azərbaycanlı hücumçudan möhtəşəm performans
Kateqoriya məlum deyil
Kosovonun "Malişeva" klubunda çıxış edən azərbaycanlı hücumçu Vüsal İsgəndərli növbəti matçında möhtəşəm oyunla diqqət mərkəzinə düşüb.
Sfera.az xəbər verir ki, təcrübəli forvard komandasının son çempionat oyununda het-trik edərək qələbənin baş qəhrəmanı olub.
Bu zəfər sayəsində "Malişeva" Kosovo Superliqasında xallarını artıraraq turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. İsgəndərlinin sərgilədiyi bu parlaq performans yerli azarkeşlər və idman mətbuatı tərəfindən böyük alqışla qarşılanıb. /yenisabah






