Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat

Kateqoriya məlum deyil
T
Azərbaycanlı FİFA hakimi Tural Qurbanov növbəti təyinat alıb.
Sfera.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Borusiya” (Dortmund, Almaniya) - “Villarreal” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq. Ona Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər.
Qeyd edək ki, görüş sentyabrın 8-i Dortmund şəhərində yerləşən "Dortmund Brakel Təlim Mərkəzi" stadionunda keçiriləcək.






