Logo

Türkiyənin voleybol millisi tarixində ikinci dəfə Avropa çempionu olub

Türkiyənin voleybol millisi tarixində ikinci dəfə Avropa çempionu olub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qadın voleybolçulardan ibarət Türkiyə millisi Avropa çempionu olub.

Sfera.az- ın məlumatına görə, komanda turnirin finalında İtaliya ilə üz-üzə gəlib.

Türkiyə seçməsini İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalındakı qarşılaşmada rəqibini 3:2 hesabı ilə üstələyib.

Beləliklə, komanda tarixində ikinci dəfə Avropa çempionu olub. "Ay-ulduzlular" 2023-cü ildə də bu titula sahib çıxıb.

Xatırladaq ki, Türkiyə millisi yarışın 1/8 final mərhələsində Azərbaycan yığmasına qalib gəlmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR