Uşaq futboluna 10 milyonluq dəstək gəlir

Layihənin əsas məqsədi uşaq futbolunun davamlı inkişafını təmin etmək, istedadlı uşaqların aşkarlanması və peşəkar hazırlığını gücləndirmək, müasir məşq metodlarını tətbiq etmək, həmçinin idman elmi, tibbi təminat, performans analitikası, təhsil və fərdi inkişaf istiqamətlərini inkişaf etdirməkdir.
Sfera.az xəbər verir ki "Sabah" ölkə üzrə istedadların aşkarlanması sistemini genişləndirməyi, uşaqların yaşadıqları regiondan və ailələrinin maddi imkanlarından asılı olmayaraq perspektivli futbolçular üçün bərabər inkişaf imkanları yaratmağı hədəfləyir.
Klub həmçinin təşəbbüsün AFFA uşaq və gənclər futbolunun inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlə uzlaşmasına, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinə xüsusi önəm verdiyini bildirib.
Uzunmüddətli perspektivdə "Sabah" Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərən akademiyalar, futbol məktəbləri və klublarla əməkdaşlığı genişləndirməyi, akademiyanı regionun aparıcı futbol inkişaf mərkəzlərindən birinə çevirməyi planlaşdırır.






