Messi və Ronaldo yenidən üz-üzə gələcək

Messi və Ronaldo yenidən üz-üzə gələcək
Kateqoriya məlum deyil
T

Argentina millisinin sabiq hücumçusu Karlos Teves vida matçı keçirməyə hazırlaşır.

Sfera.az ESPN Argentina"ya istinadla xəbər verir ki, 42 yaşlı Teves vida görüşünü dekabrın 19-da vətənində keçirməyi planlaşdırır.

Məlumata əsasən, sabiq futbolçu karyerası ərzində birlikdə oynadığı təxminən 60 futbolçunu matça dəvət etmək niyyətindədir.

Onların arasında Lionel Messi, Kriştianu Ronaldu, Ueyn Runi, Andrea Pirlo və digər ulduzların da olması gözlənilir.

Teves 2022-ci ilin iyununda futbolçu karyerasını rəsmən başa vurub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR