“Qarabağ” “Tvente”yə uduzur

“Qarabağ” “Tvente”yə uduzur
Kateqoriya məlum deyil
T

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” və Niderlandın “Tvente” komandaları üz-üzə gəlib.

Sfera.az xəbər verir ki,. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Görüşün ilk hissəsində komandalar hesabı aça bilməyib. İkinci hissədə isə qollar yağmağa başlayıb. 59-cu dəqiqədə Kadi Borqes “Qarabağ”ı hesabda önə keçirib – 1:0.

Daha sonra “Tvente” hesabı bərabərləşdirib. Niderland təmsilçisi 90+2-ci dəqiqədə ikinci qolu vuraraq hesabı 2:1 edib.

İlk oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəldiyindən, iki oyunun ümumi nəticəsi bərabərləşib və qarşılaşma əlavə vaxta gedib.

Əlavə vaxtda “Tvente” daha bir qol vuraraq fərqi artırıb.

Beləliklə, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki taleyini əlavə vaxtın nəticəsi müəyyənləşdirib.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR