"Mançester Siti" 100 milyon avroluq futbolçu aldı

Kateqoriya məlum deyil
T
Fransanın "Lill" klubunda çıxış edən Əyyub Buaddinin "Mançester Siti"yə keçidi rəsmən baş tutub.
Sfera.az xəbər verir ki, İngiltərə klubunun rəsmi saytında yayılan məlumatda 18 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalandığı bildirilib.
Mərakeş millisinin üzvü olan gənc futbolçu "Mançester Siti" ilə beşillik sözləşməyə imza atıb.
Əvvəl yayılan xəbərlərə əsasən, klublar transferlə bağlı 95 milyon avroluq razılığa gəliblər. Müqavilədə əlavə bonuslar üçün daha 5 milyon avro nəzərdə tutulduğu da bildirilir.
Beləliklə, Əyyub Buaddi karyerasını İngiltərə Premyer Liqasının son çempionlarından olan "Mançester Siti"də davam etdirəcək.






