"Sabah" nə qədər qazanacaq? – Rəqəmlər

"Sabah" nə qədər qazanacaq? – Rəqəmlər
Kateqoriya məlum deyil
T

Azərbaycan futbolunda tarixi hadisə baş verib. “Sabah” ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Bakı təmsilçisi pley-off mərhələsində İsrailin “Hapoel Beer-Şeva” klubunu iki oyunun nəticəsinə görə 6:4 hesabı ilə məğlub edərək buna nail olub.

Bəs “Sabah” bu tarixi uğurdan nə qədər gəlir əldə edəcək?

Sfera.az xəbər verir ki, UEFA-nın 2026-2027 mövsümü üzrə maliyyə sisteminə əsasən, Çempionlar Liqasının liqa mərhələsində iştirak edən hər klub üçün 18,62 milyon avro başlanğıc ödənişi nəzərdə tutulub.

Bununla da “Sabah”ın yalnız turnirin əsas mərhələsinə vəsiqə qazanmasına görə 18,62 milyon avro – təxminən 37 milyon manat gəlir əldə edəcəyi gözlənilir.

Lakin klubun qazancı bununla məhdudlaşmır. Liqa mərhələsində hər qələbəyə görə 2,1 milyon avro, heç-heçəyə görə isə 700 min avro ödənilir. Bundan başqa, komandanın turnirdə tutacağı yekun mövqeyə görə də əlavə ödənişlər həyata keçirilir.

Yəni “Sabah” Çempionlar Liqasındakı çıxışından asılı olaraq ilkin 18,62 milyon avronu daha da artırmaq imkanına malikdir.

Qeyd edək ki, “Sabah” tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq. Turnirin 36 komandalı liqa mərhələsində hər komanda 8 oyun keçirəcək.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR