"Fənərbaxça"nın ulduzunun uşaqlıq görüntüləri maraq doğurdu - FOTO

"Fənərbaxça"nın ulduz futbolçusu Marko Asensionun uşaqlıq illərinə aid görüntüləri ilə indiki halının bir araya gətirildiyi video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Sfera.az xəbər verir ki, İspaniya millisinin üzvü Marko Asensionun futbola başladığı ilk illərə aid görüntüləri ilə indiki görünüşünün yer aldığı video minlərlə bəyənmə toplayıb.
"Fənərbaxça"nın formasını geyinən Asensionun uşaqlıq illərindən görüntüləri ilə bu günkü görüntülərinin bir araya gətirilməsi futbolçunun illər ərzindəki dəyişimini nümayiş etdirib.
Futbola kiçik yaşlarından başlayan ulduz futbolçunun uşaqlıq görüntüləri xüsusilə "Fənərbaxça" azarkeşlərinin diqqətini çəkib.
Videoya şərh yazan bəzi Fənərbaxça azarkeşləri Asensionun uşaqlıq görüntülərinə təəccübləndiklərini bildiriblər.
İradə Elsevər
Sfera.az








