Nə "Qalatasaray", nə də "Fənərbağça" - Rafael Leau bu kluba keçir

Kateqoriya məlum deyil
T
İngiltərənin "Aston Villa" klubu heyətini gücləndirmək üçün "Milan"ın hücumçusu Rafael Leau ilə maraqlanır.
Sfera.az jurnalist Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, tərəflər arasında mümkün transferin maliyyə detalları ilə bağlı müzakirələrə start verilib.
Məlumata görə, 27 yaşlı portuqaliyalı futbolçunun özü də karyerasını başqa klubda davam etdirmək variantına müsbət yanaşır.
Rafael Leau 2019-cu ildən "Milan"ın formasını geyinir. Hücumçu İtaliya klubunun heyətində bütün turnirlər nəzərə alınmaqla 293 oyuna çıxıb, 80 qol və 55 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Rafael Leaunun "Milan"la hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır.






