Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

Dieqo Maradonanın 1986-cı il dünya çempionatında qol vurduğu top hərracda 3,3 milyon dollara satılıb.
Sfera.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Dərc olunmuş məlumata əsasən, ilkin olaraq topu 10 milyon dollara satmaq planlaşdırılırdı.
Argentinalı futbolçu dörddəbir final matçında bu top ilə İngiltərə yığmasının qapısına iki qol vurmuşdu. Qollardan birini o, əli ilə vurmuşdu – qapıya edilən bu zərbə “Tanrının əli” adını qazanmışdı. Top bütün bu müddət ərzində həmin oyunu idarə edən baş hakimdə saxlanılmışdı.
Argentina nəticədə 1986-cı il dünya birinciliyinin qızıl medalını qazanmışdı.
Maradona “Arxentinos Xuniors”, “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Sevilya” və “Nyuells Old Boyz” klublarında, həmçinin Argentina millisində çıxış edib. O, 1986-cı ilin dünya çempionu, 1990-cı ilin dünya vitse-çempionu, 1979-cu il gənclər arasında dünya çempionu, 1986-cı il dünya çempionatının ən yaxşı oyunçusu, 1979 və 1980-ci illərdə Cənubi Amerikada ilin futbolçusu olub./bizimmedia






