Logo

Yeniyetmə cüdoçularımız Türkiyədə 4 medal qazandılar

Yeniyetmə cüdoçularımız Türkiyədə 4 medal qazandılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ordu şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə uğurla çıxış edib.

Sfera.az xəbər verir ki, yarışda 4 idmançı ilə təmsil olunan yığmamızın bütün üzvləri medal qazanıblar. Qərib Atababayev (-55 kq), Raul Məlikzadə (-60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar. Muhəmməd Səttarov (-60 kq) isə turniri bürünc medalla başa vurub.

Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət milli komandanın məşqçisi Orxan Səfərovun rəhbərliyi ilə yarışa qatılan yığmamız yekunda 3 qızıl və 1 bürünc olmaqla 4 medal qazanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR