Gürcüstan yığmasının üzvü “Sevilya”ya keçdi

Gürcüstan yığmasının üzvü “Sevilya”ya keçdi
Kateqoriya məlum deyil
T

İspaniyanın “Sevilya” klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Sfera.az xəbər verir ki, La Liqa təmsilçisi “Sportinq”dən Giorgi Koçoraşvilini transfer edib. Bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.

“Sevilya” gürcüstanlı yarımmüdafiəçi üçün Portuqaliya klubuna 4 milyon avro təzminat ödəyib. 27 yaşlı futbolçu ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR