Çempionlar Liqası matçında azarkeş vəfat etdi

Çempionlar Liqası matçında azarkeş vəfat etdi
Kateqoriya məlum deyil
T

Şotlandiyada UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Seltik" – LASK matçı zamanı faciəvi hadisə baş verib.

Sfera.az xəbər verir ki, Qlazqodakı "Seltik Park" stadionunda 65 yaşlı azarkeşin səhhəti qəfil pisləşib.

Kritik vəziyyətdə olan kişiyə tribunada ilkin tibbi yardım göstərilib. Daha sonra o, xərəkdə stadiondan çıxarılaraq təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb.

Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, azarkeşin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qarşılaşma "Seltik"in 3:0 hesablı qələbəsi ilə başa çatıb./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR