"Qarabağ"da daha bir itki

"Qarabağ"da daha bir itki
Kateqoriya məlum deyil
T

"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo Konfrans Liqasının təsnifat mərhələsinin pley-offunda "Tvente"yə qarşı ilk oyununu buraxa bilər.

Sfera.az xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu Misli Premyer Liqasının birinci turunda "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəldikləri görüşdə zədələnib.

Onun bugünkü matçda meydana çıxmaq ehtimalının aşağı olduğu iddia edilir.

"Tvente" - "Qarabağ" matçı avqustun 20-də Ensxededəki "De Qrols Veste" stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Əlavə edək ki, Elvin Cəfərquliyevin "Tvente"yə qarşı oynamayacağı dəqiqdir./Sportal.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR