“Fənərbaxça” Sidiki Şeriflə yolların ayırdı

“Fənərbaxça” 19 yaşlı hücumçusu Sidiki Şerifin İngiltərə Premyer Liqasının yeni təmsilçilərindən olan “Koventri Siti”yə transfer olunduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, klubun yaydığı açıqlamada bildirilib ki, ötən mövsümün ikinci yarısında komandaya qoşulan futbolçunun transferi ilə bağlı “Koventri Siti” ilə razılıq əldə olunub.
“Klubumuz ötən mövsümün fasiləsində heyətimizə cəlb edilən peşəkar futbolçumuz Sidiki Şerifin transferi ilə bağlı “Koventri Siti” klubu ilə razılığa gəlib. Çubuklu formamız altında göstərdiyi səylərə görə Sidiki Şerifə təşəkkür edir, karyerasının yeni mərhələsində ona uğurlar arzulayırıq”, - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, Sidiki Şerif Fənərbaxça forması ilə 17 oyunda meydana çıxıb və 3 qol vurub.
Bəsti Rəfizadə






