Bu gün “Fənərbaxça” “Lion”la qarşılaşacaq

Kateqoriya məlum deyil
T
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsi start götürür.
Sfera.az xəbər verir ki, liqa mərhələsinə vəsiqə uğrunda son raundun ilk günündə 3 görüş baş tutacaq.
Zaqreb “Dinamo”su Norveçin “Vikinq”, “Levski” Yunanıstanın AEK komandalarını qonaq edəcək. Türkiyə təmsilçisi “Fənərbağça” isə İstanbulda Lion “Olimpik”i ilə üz-üzə gələcək.
Bugünkü görüşlərin hamısı eyni vaxtda 23:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
23:00. Dinamo (Zaqreb, Xorvatiya) – Vikinq (Norveç)
23:00. Levski (Bolqarıstan) – AEK (Yunanıstan)
23:00. Fənərbağça (Türkiyə) – Olimpik (Lion, Fransa)






