Messi 12 il əvvəlki antirekordunu təkrarladı

Kateqoriya məlum deyil
T
ABŞ-nin "İnter Mayami" futbol klubunun hücumçusu və kapitanı Lionel Messi 12 il əvvəlki şəxsi antirekordunu təkrarlayıb.
Sfera.az bu barədə gazeta.ru-ya istinadən xəbər verir.
39 yaşlı hücumçu MLS müntəzəm çempionatının "Neşvill"ə qarşı matçında penaltini dəqiq yerinə yetirə bilməyib. Bu vurulmayan 11 metrlik cərimə zərbəsi argentinalı futbolçu üçün ardıcıl üçüncü olub. Messi sonuncu belə seriyaya 2014-cü ildə imza atmışdı.
MLS çərçivəsində Messi sonuncu dəfə penaltini 2025-ci ilin sentyabrında qola çevirə bilməmişdi.
Açar sözlər:






