Azərbaycanın gənc robototexnikləri Çində qızıl medal qazandı - FOTO

Azərbaycanın gənc robototexnikləri Çində qızıl medal qazandı - FOTO
Kateqoriya məlum deyil
T

Azərbaycan gəncləri Çində keçirilən nüfuzlu "RobotChallenge" beynəlxalq yarışında böyük uğura imza ataraq qızıl medal qazanıblar.

Sfera.az xəbər verir ki, "SUMbuilders" komandasının heyətində yer alan gənclər, gərgin mübarizənin yekununda dünyanın ən güclü 10 komandası sırasına daxil olmağı bacarıblar.

Qeyd edək ki, "RobotChallenge" dünyanın müxtəlif ölkələrindən robototexnika və texnologiya sahəsində fəaliyyət göstərən istedadlı gəncləri bir araya gətirən ən nüfuzlu qlobal yarış platformalarından biridir. 2026-cı ildə keçirilən "RobotChallenge Azerbaijan" yarışında 6 qızıl medal qazanan komanda, Çindəki çempionatda Azərbaycanı təmsil etmək hüququ əldə etmişdi.

Gənclər və idman naziri Fərid Qayıbov uğur qazanan gənclərlə görüşüb, onları təbrik edib. Nazir bildirib ki, bu uğur bir daha göstədi ki, Azərbaycan gəncləri yalnız ölkə daxilində deyil, beynəlxalq texnologiya arenasında da öz bacarıqları ilə seçilirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR