Qurban Qurbanov: "Hər şey yoluna düşəcək"

Qurban Qurbanov: "Hər şey yoluna düşəcək"
Kateqoriya məlum deyil
T

"Qarabağ" UEFA Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda Kiyev "Dinamo"sunu qəbul edəcək.

Sfera.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qurban Qurbanov komandanın 3 oyundur qol vura bilməməsinin psixoloji basqı yaratdığını deyib:

“İllərdir bu işin içindəyəm və bunu normal qarşılayıram. Futbolçular nə qədər keyfiyyətli oynasalar, o qədər inamlı olurlar. Qol vurmamaq istənilən komandada olur. Bunu aradan qaldırmağa çalışırıq. Komandalar bizə qarşı çox yaxşı müdafiə olunurlar. Qol vurmaq üçün daha artığını etməliyik. Bir az da öz planımızdan kənarda qaldıq. Zədə, bəzi oyunçuların tam hazır olmaması... Hər şey yoluna düşəcək”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR