“Qızıl buts” mükafatı ona verildi

“Qızıl buts” mükafatı ona verildi
Kateqoriya məlum deyil
T

İngiltərə millisinin və Münhen “Bavariya”sının hücumçusu Harri Keyn 2025/2026 mövsümündə Bundesliqada 36 qol vuraraq ikinci dəfə Avropanın “Qızıl buts” mükafatını qazanıb.

Sfera.az xəbər verir ki, bu barədə Almaniya çempionunun rəsmi saytı məlumat yayıb.

33 yaşlı ingilis futbolçu ötən mövsüm Bundesliqada 36 qolla Avropanın ən məhsuldar hücumçusu olub. Keyn bu mükafatı karyerasında ikinci dəfə qazanıb. O, ilk dəfə 2024-cü ildə Avropanın “Qızıl buts”una sahib olmuşdu.

Mükafat Keynə avqustun 19-da “Bavariya” muzeyində keçiriləcək mərasimdə təqdim olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR