PSJ Ferran Torresi almaq istəyir

PSJ Ferran Torresi almaq istəyir
Kateqoriya məlum deyil
T

İspaniyanın "Barselona" və Fransanın PSJ klubları bu həftə futbolçu Ferran Torresin transferi üzrə danışıqlara başlayacaq.

Sfera.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.

Bildirilib ki, "Barselona" danışıqlara 65 milyon avrodan başlamağı planlaşdırır. Parislilərin qiyməti aşağı salmağa çalışacağı gözlənilir. Klublar təxminən 55 milyon avroya razılığa gələ bilərlər.

26 yaşlı ispaniyalı hücumçu 2022-ci ildən "Barselona"da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 49 matçda 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR