"Neftçi" UEFA Çempionlar Liqasına qələbə ilə başladı

Kateqoriya məlum deyil
T
"Neftçi"nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünə qələbə ilə başlayıb.
Sfera.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Monteneqronun "Buduçnost" klubu ilə üz-üzə gəlib.
Yunanıstandakı Veria stadionunda baş tutan 1-ci qrupun yarımfinal matçının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb.
Penaltilər seriyasında üstün (4:3) olan "Neftçi" mərhələ adlayıb. Komanda finalda PAOK (Yunanıstan) - "Hapoel" (Yerusalim, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq. Qalib komanda II təsnifat mərhələsinə yüksələcək.
