"Fənərbağça" axtardığı hücumçunu tapdı

"Fənərbağça" axtardığı hücumçunu tapdı
Kateqoriya məlum deyil
T

Türkiyənin "Fənərbaxça" klubu yay transfer dönəmində növbəti səs-küylü keçidini reallaşdırmağa hazırlaşır.

Sfera.az xəbər verir ki, "sarı-lacıvərdlilər" uzun müddətdir gündəmdə olan Seru Qirassi transferi ilə bağlı "Borussiya Dortmund"la razılığa gəlib.

Məlumata görə, İstanbul təmsilçisi Almaniya klubuna futbolçunun keçidi üçün 25 milyon avro ödəyəcək. Bildirilir ki, bu məbləğ hissə-hissə ödəniləcək.

Transferin şəxsi şərtlərində də tərəflər arasında anlaşmanın əldə olunduğu qeyd edilir. İddialara əsasən, Seru Qirassi bonuslarla birlikdə "Fənərbaxça"da illik 10 milyon avro əməkhaqqı qazanacaq.

Hazırda bazar dəyəri 32 milyon avro olan qvineyalı hücumçunun "Borussiya Dortmund"la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Qeyd edək ki, Seru Qirassi ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 46 qarşılaşmada 22 qola imza ataraq məhsuldar çıxışı ilə diqqət çəkib. \\Offsideplus

PAYLAŞ