Argentina nadir antirekordunu təkrarladı

Kateqoriya məlum deyil
T
Argentina 2026-cı il Dünya Kuboku finalının İspaniyaya qarşı ilk hissəsində qapıya bir dənə də olsun zərbə endirə bilməyib.
Sfera.az xəbər verir ki, Argentina Dünya Kuboku final tarixində ilk hissədə qapıya bir dənə də olsun zərbə endirməyən ikinci komanda olub. Birincisi, 2022-ci il finalında Argentinaya qarşı Fransa ilə qarşılaşma olub. Həmin matçda fransızlar da ilk hissədə bir dənə də olsun zərbə endirə bilməyiblər və fasiləyə 2-0 hesabı ilə yollanıblar.
İspaniya-Argentina Dünya Kuboku finalı ABŞ-nin Şərqi Rezerford şəhərindəki MetLife stadionunda keçirilir. İlk hissədə hesab 0-0 bərabərdir. Sloveniyalı hakim Slavko Vinçiçdir.
