"Milan" Qabriel Jezusu transfer etmək istəyir

"Milan" Qabriel Jezusu transfer etmək istəyir
Kateqoriya məlum deyil
T

İtaliyanın "Milan" klubu İngiltərə təmsilçisi "Arsenal"ın futbolçusu Qabriel Jezusu sıralarına cəlb etmək məqsədilə aktiv danışıqlar aparır.

Sfera.az xəbər verir ki, "topçular" 29 yaşlı hücumçunun transferi müqabilində 20 milyon funt sterlinq tələb edirlər.

"Rossonerilər" isə bu rəqəmi aşağı endirmək istiqamətində səylərini davam etdirirlər. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Braziliyalı forvardla İtaliyanın "Yuventus", İngiltərənin "Everton" və İspaniyanın "Atletiko" klubları da maraqlanır. Bununla belə, adıçəkilən klublar bu günədək hər hansı rəsmi təklif irəli sürməyiblər.

Xatırladaq ki, Qabriel Jezus ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 27 oyunda altı qol və iki məhsuldar ötürmə ilə yadda qalıb./Report

PAYLAŞ