Messi məşhur fotodan danışdı

Messi məşhur fotodan danışdı
Kateqoriya məlum deyil
T

Dünya çempionatının finalı ərəfəsində Lionel Messi ilə Lamin Yamal arasında maraqlı bir hekayə yenidən gündəmə gəlib.

Sfera.az xəbər verir ki, "Fox Sports"un məlumatına görə, təxminən 18 il əvvəl xeyriyyə məqsədli fotosessiya zamanı gənc Lionel Messi körpə Lamin Yamal ilə birlikdə görüntülənib.

Həmin vaxt çəkilən fotolar uzun illər sonra yenidən diqqət mərkəzinə düşüb.

Məlumata görə, fotosessiya Barselonada yerli qəzet və xeyriyyə təşkilatının birgə layihəsi çərçivəsində təşkil olunub. O zaman hələ futbol dünyasında tanınmayan Yamal sonradan İspaniya millisinin və dünya futbolunun ən parlaq gənc ulduzlarından birinə çevrilib.

Dünya çempionatının finalında isə Messinin kapitanı olduğu Argentina yığması ilə Yamalın çıxış etdiyi İspaniya millisi qarşılaşacaq.

Final öncəsi danışan Messi rəqib futbolçunun böyük potensiala malik olduğunu bildirib:

"Yamalın tarix yazmaq imkanı var. Amma biz buna imkan verməmək üçün əlimizdən gələni edəcəyik. Təkcə Yamal deyil, İspaniya millisinin heyətində çox yüksək səviyyəli futbolçular var. Onlar öz oyun üslubları ilə seçilən güclü komandadır. Biz də öz üstünlüklərimizə güvənirik və finala hazırlaşırıq", - deyə Messi vurğulayıb.

Qeyd edək ki, Messi ilə körpə Yamalın birlikdə çəkilmiş fotoları son günlər dünya mediasında və sosial şəbəkələrdə geniş müzakirə olunur. Bir çox futbolsevərlər həmin görüntüləri iki nəslin simvolik görüşü kimi qiymətləndirirlər./Modern.az

PAYLAŞ