Afrgentinalılar Nyu-Yorka axın edir: 50 min nəfər şəhərə gəldi

Dünya çempionatının finalında İspaniya ilə qarşılaşacaq Argentina millisini dəstəkləmək üçün təxminən 50 min azarkeş Nyu-Yorka gəlib.
Sfera.az xəbər verir ki, azarkeşlərin bir hissəsi ABŞ-də yaşasa da, onların hamısı stadiona daxil ola bilməyəcək.
Səbəb isə stadionun tutumunun Nyu-Yorka gələn azarkeşlərin sayından az olmasıdır. Belə ki, finalın keçiriləcəyi “MetLife” stadionu təxminən 82 500 tamaşaçı tutumuna malikdir.
Bildirilib ki, Argentina yığmasının yarımfinalda İngiltərəni məğlub etməsindən sonra minlərlə azarkeş Atlantadan avtomobillə Nyu-Yorka yollanıb. Bu səbəbdən avtomobil icarəsi xidmətlərində maşın çatışmazlığı yaranıb.
Gözlənilir ki, həm şəhərdə, həm də stadionda argentinalı azarkeşlər ispan azarkeşlərdən sayca üstün olacaqlar.
Qeyd edək ki, DÇ-2026-nın finalı iyulun 19-da İspaniya və Argentina yığmaları arasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq./Teleqraf
