Əfsanəvi məşqçi vəfat etdi

Əfsanəvi məşqçi vəfat etdi
Kateqoriya məlum deyil
T

İtaliya futbolunun əfsanəvi məşqçisi Osvaldo Banyoli 92 yaşında vəfat edib.

Sfera.az xəbər verir ki, onun ölümünə neyrodegenerativ xəstəlik səbəb olub.

Banyoli adını İtaliya futbol tarixinə “Verona” ilə yazdırıb. O, 1985-ci ildə komandanı tarixində ilk və indiyədək yeganə A Seriyası çempionluğuna aparıb. Bu uğur İtaliya çempionatının ən böyük sensasiyalarından biri hesab olunur.

1984/85 mövsümündə “Verona” Banyolinin rəhbərliyi altında 30 oyunda cəmi 19 qol buraxaraq A Seriyasının ən etibarlı müdafiəsinə sahib olub. O, bundan əvvəl - 1981-ci ildə komandanı B Seriyasından elitaya yüksəltmiş, həmçinin “Verona”nı iki dəfə İtaliya Kubokunun finalına çıxarmışdı.

Daha sonra “Cenoa”nı çalışdıran Banyoli komandanı UEFA Kubokunun yarımfinalına qədər aparıb. Həmin yürüş zamanı “Cenoa” onun rəhbərliyi altında “Enfild”də “Liverpul” üzərində tarixi qələbə qazanıb.

Məşqçilik karyerasında son iş yeri “İnter” olub. 1992/93 mövsümündə Milan təmsilçisi Banyolinin rəhbərliyi altında A Seriyasında ikinci yeri tutub. O, 1994-cü ildə vəzifəsindən ayrıldıqdan sonra məşqçilik karyerasını başa vurub./teleqraf

PAYLAŞ