Logo

Qurban Qurbanovdan gözlənilməz QƏRAR

Qurban Qurbanovdan gözlənilməz QƏRAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib.

Sfera.az "Sportinfo"ya istinadən xəbər verir ki, o, Joni Montieli əsas komandadan uzaqlaşdırıb.

Təcrübəli mütəxəssis ispaniyalı yarımmüdafiəçini qeyri-müəyyən müddətə düşərgədən kənarlaşdırıb. Buna səbəb pireneyli legionerin intizamsızlığa yol verməsidir.

Montielin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) ilə keçirilən oyunlar üçün iştirak ərizəsində adının olmaması sırf bu hadisədən qaynaqlanır.

UEFA-ya təqdim olunan yekun siyahıda 24 futbolçu yer alıb.

Onlardan dörd nəfəri - Teymur Həsənov, Bilal Hacıyev, Hikmət Cəbrayılzadə və Əli Bəşirov klubun özünün yetirməsidir və B siyahısında yer alır.

Bu, UEFA-nın Avropa kubokları yarışına qatılan hər bir klub üçün mütləq tələbdir.

Qurban Qurbanovdan gözlənilməz QƏRAR
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR