DÇ-2026-dan kənarlaşdırılan hakim 38 yaşında vəfat etdi

Niderlandlı FIFA referisi Rob Diperink 38 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Niderland Futbol Federasiyası məlumat yayıb.
Hakimin ölüm səbəbi hələlik açıqlanmayıb. Polis hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, Diperink 2026-cı il dünya çempionatında VAR hakimi kimi çalışmalı idi. Lakin o, apreldə İngiltərədə yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətdə şübhəli bilinərək saxlanıldıqdan sonra turnirdən kənarlaşdırılmışdı.
Daha sonra Britaniya polisi sübut çatışmazlığı səbəbindən araşdırmaya xitam verib və Diperinkə qarşı əlavə tədbir görülməyib.
Qeyd edək ki, Diperink daha əvvəl UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında Bakıda keçirilən görüşün VAR hakimi olmuşdu./teleqraf
