Ən yüksək pillədə “Qarabağ”dır - Siyahı

Kateqoriya məlum deyil
T
UEFA-nın yenilənmiş klub reytinqində Azərbaycan təmsilçilərinin mövqeyi açıqlanıb.
Sfera.az xəbər verir ki, siyahıda ən yüksək pillədə qərarlaşan komandamız “Qarabağ”dır.
Ağdam təmsilçisi 33,750 əmsalla 59-cu sırada yer alıb.
Son 5 mövsümün nəticələrinə əsasən, hazırlanan siyahıda Azərbaycan klublarından sonrakı yerləri “Sabah” (215-ci yer, 6,000 əmsal), “Zirə” (226-cı yer, 5,500 əmsal), “Neftçi” (304-cü yer, 4,000 əmsal), “Araz-Naxçıvan” (308-ci yer, 2,000 əmsal), “Sumqayıt” (309-cu yer, 1,500 xal) və “Qəbələ” (310-cu yer) tutur.
