"Qarabağ"ın "Vestri"yə qarşı heyəti - GÖZLƏNİLMƏZ ADLAR

"Qarabağ" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini dünən gecə UEFA-ya təqdim edib.
Sfera.az xəbər verir ki, qurumun rəsmi saytında açıqlanan yekun siyahıda 24 futbolçu yer alıb.
"Qarabağ"ın legionerlərindən Joni Montiel, Jeremi Qnali və yeni transferlərdən qapıçı Martin Zlomisliç "Vestri" ilə oyunlar üçün siyahıda yer almayıb.
"Qarabağ"ın iştirak ərizəsi:
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Teymur Həsənov (B), Bilal Hacıyev (B) Mateuş Koxalski
Müdafiəçilər: Mateus Silva, Bençe Varkonyi, Bruno Lanqa, Bəhlul Mustafazadə, Dani Bolt, Elvin Cəfərquliyev, Bədavi Hüseynov.
Yarımmüdafiəçilər: Jali Muaddib, Marko Yankoviç, Abdullah Zubir, Kadi, Oleksey Kaşuk, Cebrail Makreşkis, Hikmət Cəbrayılzadə (B), Pedro Bikalyo, Əli Bəşirov (B), Samuel Lobato.
Hücumçular: Zakariya Savo, Musa Qurbanlı, Renaldo Sefas.
İştirak ərizəsinə baxdıqda diqqət çəkən məqamlardan biri də Xoni Montielin adının olmamasıdır. Zədə və cəzası olmayan futbolçunun hansı səbəbdən adının salınmadığını öyrənmək üçün "Qarabağ"ın Kommunikasiyalar Departamentinin rəhbəri Anar Hacıyevə müraciət etdik: "Legioner futbolçu limiti 17-dir. Baş məşqçinin seçiminə əsasən siyahıda dəyişiklik olunub"- deyə klub rəsmisi bildirdi./Offsideplus.az
