Güləşçilərimiz Avropa çempionatını 5 medalla başa vurdular

Güləşçilərimiz Avropa çempionatını 5 medalla başa vurdular
Kateqoriya məlum deyil
T

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatını 5 medalla başa vurub.

Sfera.az xəbər verir ki, yığma yarışın 3-cü günündə daha 2 mükafat qazanıb. Ayxan Cavadov (60 kiloqram) rumıniyalı Draqos Draqaya 6:1, Elmin Əliyev (82 kiloqram) isə macarıstanlı Sabolç Sinaya 8:0 hesabı ilə qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər.

Roman Kərimov (67 kiloqram) təsəlliverici görüşlərdə litvalı Eymantas Andriuska (9:0) və moldovalı Maksim Damaşinə (10:0) heç bir şans tanımayıb. Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı Amir Sovmizə 2:6 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycanın yunan-Roma güləşi millisi qitə birinciliyini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Daha əvvəl Emin Cavadlı (55 kiloqram) qızıl, Cavidan Nehmətovla (77 kiloqram) Orxan Hacıyev (87 kiloqram) isə gümüş mükafata sahib çıxıb.

PAYLAŞ