“Turan Tovuz” heyətini yeni qapıçı ilə gücləndirdi
Kateqoriya məlum deyil
“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Sfera.az xəbər verir ki, Tovuz təmsilçisi rusiyalı qapıçı Aleksey Kenyaykini transfer edib.
27 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. Bu, Kenyaykinin karyerasında ilk legioner təcrübəsi olacaq.
O daha əvvəl Rusiyada “Orenburq”, “Torpedo” Moskva və “Volqa” Ulyanovsk klublarının formasını geyinib.






