6 milyon təzminat alacaq

Almaniya millisinin baş məşqçisi vəzifəsindən ayrılan Yulian Naqelsman müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verildiyi üçün Almaniya Futbol İttifaqından 7 milyon avro təzminat alacaq.
Sfera.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Məlumata görə, əgər Naqelsman müqaviləni qarşılıqlı razılıqla ləğv etməsə və vəzifəsindən azad olunsaydı, Almaniya Futbol İttifaqı ona 14 milyon avro ödəməli olacaqdı.
38 yaşlı mütəxəssis Almaniya millisini 2023-cü ildən çalışdırırdı. Onun müqaviləsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulmuşdu.
Xatırladaq ki, Almaniya yığması futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya uduzaraq turnirlə erkən vidalaşıb. Bu uğursuzluqdan sonra Yulian Naqelsmanın komandadakı fəaliyyəti başa çatıb.
İnci
Sfera.az
