DÇ-2026-da 18 dəqiqəlik REKORD

DÇ-2026-da 18 dəqiqəlik REKORD
Kateqoriya məlum deyil
T

2026-cı il dünya çempionatının 1/16 final mərhələsində keçirilən Portuqaliya - Xorvatiya oyununda mundial tarixinin yeni rekordu qeydə alınıb.

Sfera.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsinə ümumilikdə 18 dəqiqə 51 saniyə əlavə olunub.

Bununla da dünya çempionatları tarixində bir hissəyə (birinci hissə, ikinci hissə və ya əlavə vaxt) verilən ən uzun əlavə vaxt rekordu rəsmiləşib.

Norveçli baş hakim Espen Eskos matçın sonunda əvvəlcə 10 dəqiqə əlavə vaxt göstərsə də, oyun müxtəlif fasilələr səbəbindən daha da uzanıb.

Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol 90+14-cü dəqiqədə hesabı bərabərləşdirsə də, VAR-a baxıldıqdan sonra ofsayd səbəbindən qol ləğv olunub.

Görüş Portuqaliya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, əvvəlki rekord 2022-ci il dünya çempionatında İngiltərə – İran matçında qeydə alınmışdı. Həmin oyunun ikinci hissəsinə 14 dəqiqə 3 saniyə əlavə olunmuşdu.

PAYLAŞ