“Şəfa” rumıniyalı futbolçu transfer etdi
Kateqoriya məlum deyil
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Şəfa” ilk legioner transferini reallaşdırıb.
Sfera.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Vlad Marian Pop heyətinə qatıb. Rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Rumıniya U-21 millisinin sabiq üzvü olan Vlad son olaraq “Unirea Sloboziya”nın formasını geyinib.
25 yaşlı futbolçu karyerası ərzində “Universitatea Krayova” və “Mioveni” kimi klublarda da çıxış edib./bizimmedia






