Logo

O, millimizdə oynayacaq

O, millimizdə oynayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

U-21 millimizin düşərgəsinə Belçikanın “Sent-Truiden” klubunun yarımmüdafiəçisi Mustafa Kamara qoşulub.

“Qafqazinfo” AFFA-ya istinadən xəbər verir ki, 18 yaşlı sol vinger 2025-2026-cı illər mövsümündə “Sent-Truiden”in U-18 komandasının heyətində ümumilikdə 19 oyun keçirib, 2 qol vurub.

Xatırladaq ki, U-21 Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-sı Bəhreyn, 9-u isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, Mustafa Kamara 2007-2012-ci illərdə “Qəbələ”nin formasını geyinmiş Abdulkader Kamaranın oğludur. Mustafa 2008-ci il martın 3-ü Azərbaycanda anadan olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR