Azərbaycan millisi məğlub oldu
İdman
14:59 / 26.11.2024
3192
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində keçirdiyi ilk oyunda böyük hesabla məğlub olub.
Sfera.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma İsveçrə ilə üz-üzə gəlib.
Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma rəqibin 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-19 noyabrın 29-da Estoniya, dekabrın 2-də meydan sahibləri ilə münasibətləri aydınlaşdıracaq.