Toralın qolu ən yaxşı seçildi - VİDEO
İdman
17:25 / 08.11.2024
3574
UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.
Sfera.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Qarabağ”ın futbolçusu Toral Bayramovun “Budyo Qlimt”in qapısına vurduğu qol olub.
23 yaşlı futbolçu dünən səfər matçında (2:1) uzaq məsafədən gözəl qola imza atıb.
Namizədlər arasında Toralla yanaşı “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da var idi.