"Barselona” Azərbaycana gələcək
Kateqoriya məlum deyil
T
Bu gün Monakoda UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin püşkü keçirilib. 36 komandanın iştirak etdiyi mərhələdə Azərbaycanı tarixində ilk dəfə əsas mərhələdə təmsil edən “Sabah”ın da rəqibləri müəyyənləşib.
Sfera.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, Bakı təmsilçisi doğma meydanda “Barselona” ilə qarşılaşacaq.
“Sabah”ın səfərdə oynayacağı rəqiblər isə “Mançester Yunayted” və “Arsenal” olacaq.
Bundan başqa, Azərbaycan çempionu evdə “Borussiya Dortmund”u qəbul edəcək.
Beləliklə, “Sabah”ı Çempionlar Liqasının Liqa mərhələsində Avropanın ən tanınmış klubları ilə olduqca maraqlı qarşılaşmalar gözləyir.
Yeni formatda hər komanda Liqa mərhələsində səkkiz fərqli rəqiblə – dörd ev və dörd səfər matçı keçirəcək.
İnci
Açar sözlər:






