Logo

İdmançılarımız Vətənə döndülər - FOTO

İdmançılarımız Vətənə döndülər - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransanın paytaxtı Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları Vətənə dönüblər.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, mükafatçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.

Xatırladaq ki, daha əvvəl paralimpiyaçıların ilk qrupu vətənə qayıtmışdı.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR