Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq - FOTO
14:42 / 18.05.2024
3614
Bir neçə dəqiqədən sonra Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq.
Sfera.az-ın məlumatına görə, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub.
Məscidin tikintisini Heydər Əliyev Fondu “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə həyata keçirib.