Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Qazaxıstan Rusiya ilə əldə etdiyi razılaşmaya əsasən, bu ölkədan idxal etdiyi xam şəkərin miqdarını artıra biləcək. 


Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, razılaşmaya görə Qazaxıstan Rusiyadan il ərzində əlavə olaraq 100 min ton xam şəkər idxal etmək imkanı qazanacaq. 


Qeyd edək ki, Rusiyada şəkər qiymətlərinin artmasından sonra ixraca məhdudiyyət gətirilib. Məhdudiyyət Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrə də tətbiq olunub. Bu qərara əsasən, şəkər birlik üzvlərinə kvota ilə ixrac olunur. 


İl ərzində Ermənistana 28 min ton, Belarusa 5 min ton, Qazaxıstana 120 min ton, Qırğızıstana 28,5 min ton şəkər ixrac etməyə icazə verilir. 


Azərbaycan da Rusiyadan şəkər alır. Amma ölkəmizin Rusiyadan asılılığı böyük deyil. Çünki Azərbaycan şəkərin çox hissəsini Braziliyadan alır. 


2024-cü ilin birinci rübündə Azərbaycan 47,8 min ton xam şəkər idxal edib. Bunun 36 min tonu, yəni 75 faizi Braziliyadan, 11,8 min tonu Rusiyadan alınıb.


Vasif


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...