DİM sədrindən abituriyentlərə MÜHÜM MÜRACİƏT 

DİM sədrindən abituriyentlərə MÜHÜM MÜRACİƏT 

“İnsanlar istəyir ki, sıfır balla attestat alanlar da ali məktəbə qəbul olunsun”.
 
Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
 
“Buraxılış imtahanından sıfır bal toplayanlar da attestat alır. Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Qaydalar elə dəyişməlidir ki, attestat alınmasının da müəyyən şərtləri olsun. Ancaq hələ ki belə deyil, ola bilsin ki, model dəyişsin. Bəzən buraxılış imtahanları ilə bağlı Rusiyanı misal çəkirlər. Orada buraxılış imtahanları 6 fənn üzrə hər biri ayrı günlərdə keçirilir. Bizdə isə bu proses 3-3 olmaqla ikimərhələli təşkil olunur. Biz ikinci mərhələnin də adını dəyişib buraxılış imatahanı qoya bilərik. Burada mahiyyət yenə də eynidir, lakin hüquqi cəhətdən müəyyən qaydalar dəyişməlidir. Biz Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik, bu məsələləri də müzakirə edirik. Bəzi xidmətlər var ki, bunları edə bilərik, amma vətəndaşlar buna hazırdırmı?”,-  DİM sədri bildirib.

 

M.Abbaszadə həmçinin abituriyentlərə də müraciət edib:

 

"İxtisas seçimini, elektron qeydiyyatı kiməsə həvalə etmək doğru deyil. Deməli, həmin şəxslər öz güclərinə inanmırlar. Onlar özləri bu prosesdə iştirak etməlidirlər. Təssüf ki, hələ də bu hallar var".

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...