Türkiyə məğlub oldu
İdman
13:16 / 10.10.2016
2866
Oktyabrın 9-da DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsində üçüncü turun oyunları keçirilib.
"G” qrupunda mübarizə aparan İtaliya və İspaniya milliləri səfərdən 3 xalla qayıdıblar. "Skuadra Adzurra” Skopyedə Makedoniyadan üstün olub, - 3:2, "La Roja” isə Tiranada Albaniya yığmasını 2:0 hesabı ilə məğlub edib. Qardaş Türkiyə millisi İslandiya səfərindən əliboş qayıdıb, - 0:2.
Günün digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:
Uels – Gürcüstan - 1:1
Serbiya – Avstriya - 3:2
Moldova – İrlandiya - 1:3
İsrail – Lixtenşteyn - 2:1
Ukrayna – Kosovo - 3:0
Finlandiya – Xorvatiya - 0:1.