Bu komandalara futbolla bağlı qadağa qoyuldu - Qəsdən vurulan avtoqollara görə...

Bu komandalara futbolla bağlı qadağa qoyuldu - Qəsdən vurulan avtoqollara görə...

Cənubi Afrika 2-ci Liqasında növbəti liqaya yüksəlmək üçün mübarizə aparan "Matiyasi FC" ilə "Nsami Mighty Birds" matçında yaşananlar insanları heyrətə gətirib.


Sfera.az bildirir ki, sözügedən oyun 59-1 hesabı ilə yekunlaşıb və Nsami Mighty Birds adlı futbolçu 41 avtoqola imza atıb.


Oyundan sonra rəsmilər hər iki komandaya futbolla bağlı qadağa qoyub.


Ölkədə fəaliyyət göstərən  futbol müşahidəçiləri matçla əlaqədar araşdırma başladıb.


“Matiyasi FC” ilə eyni xala sahib olan, lakin orta hesabla daha böyük fərqə malik olan “Shivulani Dangerous Tigers Kototo” isə “Happy Boys” ilə qarşılaşmada 33-1 hesabı ilə qalib gəlib. Rəqib 7 avtoqol vurub və hər iki klub ömürlük cəzalanıb.

 

İnci
Sfera.az 


OXŞAR XƏBƏRLƏR