İcra Hakimiyyəti “Mercedes” yox, “Khazar” alası oldu - FOTOLAR

İcra Hakimiyyəti “Mercedes” yox, “Khazar” alası oldu - FOTOLAR

Kəlbəcər rayon İcra Hakimiyyətinə xidməti avtomobilin alınması ilə bağlı tender başa çatıb. Bu barədə "Qafqazinfo”ya rayon icra hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hikmət Bağırov məlumat verib.

O bildirib ki, xidməti maşın başçı üçün deyil, onun birinci müavini üçün alınıb: "Bu, "Azərmaş” ASC-nin istehsalı olan "Khazar Peugeot” sedan markalı avtomobildir. İcra başçısının özü isə "Toyota Avalon” markalı maşın sürür. Düzdür, həmin maşın 2008- ci ildə alınıb. İstismar müddəti 10 il olsa da, icra başçısı Aqil Məmmədov həmin maşından yenə də istifadə edəcək”.

Qeyd edək ki, bir neçə gün öncə rəsmi qəzetlərdə icra başçısı üçün avtomobil alınması ilə bağlı tender elan olunmuşdu. Həmin tenderdə "Mercedes S350" markalı avtomobilin alınması nəzərdə tutulmuşdu. İcra başçısının bahalı avtomobil almaq istəyi müzakirələrə səbəb olmuşdu. 

Daha sonra İcra Hakimiyyəti dövlət büdcəsindən xidməti avtomobil üçün 50-55 min manat vəsait nəzərdə tutulduğunu və "Mercedes S350"nin son versiyasını deyil, işlənmişini almağı planladıqlarını açıqlamışdı.

Cəmi bir gün sonra isə, İcra Hakimiyyəti "Mercedes S350” niyyətini "Khazar Peugeot” ilə əvəzləyərək reallaşdırıb...

 



OXŞAR XƏBƏRLƏR

Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası KEÇİRİLİR

Türkiyənin paytaxtı Ankarada Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir.   Sfera.az x...

Britaniya Rusiyanın hərbi attaşesini ölkədən ÇIXARIR

Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarılacağını elan edib.   Sfera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb...

"İnstaqram"da DƏYİŞİKLİK: İzləyici sayı...

"İnstaqram" daha az izləyiciyə sahib orijinal məzmun yaradıcılarını ön plana çıxartmaq üçün sıralama sistemində bir sıra dəyişikliklər edib.  ...

Leysan, dolu, qar... - Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ!

Azərbaycanın rayonlarında mayın 10-11-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir.   Bu ...

Çempionlar Liqası: "Real" doğma meydanda "Bavariya"nı QƏBUL EDƏCƏK

Bu gün, mayın 8-də dünyanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının ikinci yarımfinalının cavab oyunu keçiriləcək. Sfera.az xəbər verir ki, İspan...

Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ZİYARƏT ETDİ

Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydə...