“Hər şey Paşinyanın istədiyi kimi olacaq” – Ermənistanda proseslər hansı məcrada inkişaf edəcək?

“Hər şey Paşinyanın istədiyi kimi olacaq” – Ermənistanda proseslər hansı məcrada inkişaf edəcək?
"Onik Qasparyan, Robert Köçəryan, Vazgen Manukyan və Serj Sarkisyana qarşı hərbi çevrilişə cəhd maddəsilə cinayət işi açılacaq”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında  Ermənistan prezidenti Armen Sarkisyanın baş qərargah rəisi Onik Qasparyanla bağlı yaşanan problemin həllini Konstitusiya Məhkəməsinin öhdəsinə buraxması fonunda sözügedən qurumun hansı qərarı verəcəyinə aydınlıq gətirərkən politoloq Məhəmməd Əsədullazadə deyib:

"Göründüyü kimi, Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyanı vəzifədən azad etməklə bağlı növbəti cəhdinə də etinasız  yanaşaraq, həmin sənədi imzalamadı və problemin həllini Konstitusiya Məhkəməsinin öhdəsinə buraxdı. Bu isə onu göstərir ki, Baş Qərargah, Prezident adminstrasiyası və müxalifət xalqın seçdiyi hökumətə qarşı birgə fəaliyyət göstərir və proses birbaşa Kremldən idarə olunur”.

Həmsöhbətimiz bildirdi ki, Ermənistan Konstitusiya Məhkəməsinin sədri Paşinyanın adamıdır: "Görünən odur ki, göndərilən ərizənin qəbulu və yaxud etirazla geri qaytarılması növbəti mərhələdə Ermənistanda siyasi prosesin hansı istiqamətdə gedəcəyinə stimul verəcək. Əslində, Konstitusiya Məhkəməsinin hansı qərar verməsindən asılı olmayaraq, Ermənistan qanunlarına görə artıq Baş nazirin sərəncamı qüvvəyə minib və Onik  Qasparyan Baş Qərargah rəisi vəzifəsindən azad edilib. Artıq proses ona doğru gedir”.

Politoloqun fikrincə, Ermənistanda proses artıq baş nazirin istəyinə uyğun cərəyan edir: "Martın 1-də Paşinyan tərəfdarlarının keçirdiyi kütləvi aksiya göstərdi ki, mövcud proses baş nazirin lehinə dəyişir. Ermənistan vətəndaşları ümumən hökumətin yanında yer alıb. Belədə proses müxalifətin fiaskosuna doğru gedir. Bu halda isə Konstitusiya Məhkəməsinin hansı qərar qəbul edəcəyindən asılı olmayaraq, Paşinyanın hakimiyyəti güclənir.
 
Bundan sonrakı mərhələdə isə Onik Qasparyana, Robert Köçəryana, Vazgen Manukyana və Serj Sarkisyana qarşı hərbi çevriliş cəhdilə bağlı cinayət məsuliyyəti açılacaq.  Bir sözlə, bundan sonrakı proses müxalifətin, baş qərargah rəisinin əleyhinə işləyəcək”.
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...